Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Milli.Az CTV-yə istinadən xəbər verib ki, hadisə iyunun 4-də səhər saatlarında Lənkəran-Lerik şossesinin 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində qeydə alınıb.
Lerikin Piran kənd sakini, 43 yaşlı Qafur Abutalıb oğlu Alxasovun idarə etdiyi "Niva" markalı, 10 LM 856 dövlət nömrə nişanlı avtomobil Lənkəranın Şağlakücə kənd sakini, 32 yaşlı Rafiq Rafil oğlu İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı, 10 LX 086 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Güclü zərbə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan
"Niva"nın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. İlkin
versiya kimi hadisənin "VAZ-2106" markalı avtomobilin hərəkətdə
olarkən qəfildən idarəetməni itirərərək qarşıdan gələn "Niva"nın
qarşısına çıxmaqla onunla toqquşması səbəbindən baş verdiyi
bildirilir. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində
cinayət işi açılıb, araşdırma aparılır.