Əlaqə Arxiv
news Image
2014.06.07
14:12
| A A A
Göygöldə yol qəzası: 1 yaralı
Bu gün gecə 01:30 radələrində Daşkəsən-Gəncə yolunun Göygöl rayonu Qızılca kəndi ərazisindən keçən hissəsində bir nəfərin yaralanması ilə nəticələnən yol qəza hadisəsi baş verib. 

Movqe.az Kəpəz tv-ə istinadən xəbər verir ki , Gəncə şəhər Bayan küçəsi 90 ünvanında qeydiyyatda olan 27 yaşlı Müşviq Quliyev Gəncə istiqamətinə hərkətdə olarkən idarə etdiyi "Vaz 21015" markalı avtomobildə idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. 

Ağır bədən xəsarətləri alan yaralı dərhal qohumlarının köməkliyi ilə Gəncə şəhər TTYX-nin travmatologiya şöbəsinə yerləşdirilib. 

Qəzanın hansı səbəbdən baş verməsi hələ ki məlum deyil. 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.


Sizin Reklam Yeriniz