Əlaqə Arxiv
news Image
2014.06.07
16:24
| A A A
Egeydə daha bir zəlzələ
Türkiyədə daha bir zəlzələ meydana gəlib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, zəlzələ Bakı vaxtı ilə 22:10-da, Egey dənizində baş verib. Bu barədə Türkiyə baş nazirliyi təbii fəlakət və təcili yardım mərkəzi rəhbərliyi məlumat yayıb.

Zəlzələnin gücü Rixter cədvəli üzrə 4,4 bal gücündə olub. 

Ötən gün də Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu rəsmi internet saytında yenə həmin zonada 3,6 bal gücündə zəlzələnin olduğunu açıqlamışdı. 

Xatırladaq ki, son bir neçə həftə ərzində Türkiyədə, xüsusən də Egey dənizi bölgəsində ən güclüsü 7,2 bal olmaqla, ardıcıl bir neçə zəlzələ meydana gəlib. 7,2 bal gücündə baş verən zəlzələ 1 nəfərin ölümünə 226 nəfərin yaralanmasına gətirib çıxarmışdı.
Sizin Reklam Yeriniz