Əlaqə Arxiv
news Image
2014.06.07
17:04
| A A A
“Anadolu Atəşi” rəqs qrupu Bakıda
İyunun 6-da Heydər Əliyev Sarayında "SA organization"ın təşkilatçılığı ilə Türkiyənin məşhur "Anadolu Atəşi" rəqs qrupu maraqlı konsert proqramı təqdim edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, rəqs qrupu "The Best of Anadolu Ateşi" adlı konsert proqramı ilə bu günədək göstərdiyi performansın ən möhtəşəmini bakılı tamaşaçıların qarşısında nümayiş etdirib.

Çıxışlar tamaşaçıların alqışları ilə müşayiət olunub.

Qeyd edək ki, "Anadolu Atəşi" 2001-ci ildən bu günədək İsrail, Almaniya, Çin, Hollandiya, Ukrayna, Belçika, İsveçrə, Yaponiya, Avstriya, Qətər, Liviya, Rusiya, Azərbaycan, Sibir, Rumıniya, Bosniya və Herseqovina, Dubay, Yeni Zelandiya, İtaliya, Slovakiya, Belarus, İngiltərə, Gürcüstan, Suriya, Sloveniya, Malayziya, Bəhreyn, Yunanıstan, İspaniya və digər ölkələrin səhnələrində çıxış edib, Anadolu mədəniyyətini dünyaya tanıdıb.

Ölkəmizdə dəfələrlə çıxış edən qrup bu dəfə Heydər Əliyev Sarayında 3 gün konsert verəcək.

"Anadolu Atəşi" 1999-cu ildə yaranıb. Qrupun yaradılmasının məqsədi Şərqlə Qərbin mədəniyyətlərinin birləşməsi və sülhün təbliğidir. 90 nəfər gənc rəqqasla fəaliyyətə başlayan qrup 2002-ci ildən dünya turuna başlayıb, 93 ölkədə 3850 şou göstərib.
Sizin Reklam Yeriniz