Əlaqə Arxiv
news Image
2014.06.08
16:04
| A A A
95 kilo olan uşağın valideynləri həbs olundu
Böyük Britaniyada çəkisi 95,2 kiloqram olan uşağın valideynləri həbs olunmaq təhlükəsi ilə üzləşiblər.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Böyük Britanyada həddindən artıq çəkisi olan 11 yaşlı uşağın valideynləri uşaqlarına yaxşı baxmadıqları və pis davrandıqları ittihamı ilə həbs olunublar.

49 yaşlı ata və 44 yaşlı ana həbs olunduqdan sonra pul cəzası ilə sərbəst buraxılıblar. Adı gizli saxlanılan 11 yaşlı uşaq 1,5 metr boyunda, 95,2 kilo ağırlığındadır. Buna görə də həkimlər tərəfindən bədən kütləsi indeksi 41,8 olan uşağı təhlükə gözlədiyi bildirilib. 

Həbs olunan ana və ata isə uşaqlarının həddindən artıq çəkili olmasına görə birbaşa özlərinin günahkar olmadıqlarını iddia ediblər: "Hərəkət tələb edən interaktiv kompüter oyunları oynamasını istəmişdik. Lakin oğlumuzun ağır çəkili olmağı genlə bağlı bir məsələdir, xeyri olmur."
Sizin Reklam Yeriniz