Əlaqə Arxiv
news Image
2014.06.14
12:18
| A A A
Pivə şüşəsində İran bayrağı hiddətə səbəb oldu (FOTO)
İran parlamentinin mühafizəkar deputatı Həmid Rəsayi jurnalistlərə açıqlamasında Braziliyada keçirilən dünya futbol çempionatında İran bayrağının pivə şüşələri üzərində və onların qapaqlarında həkk olunmasından gileylənib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Braziliyada keçirilən dünya çempionatına qatılan 32 ölkənin bayraqları pivə və digər alkoqollu içkilərin şüşələrində, eləcə də qadınların geyindiyi paltarlara həkk edilərək yayılıb.

"Media forum" saytının məlumatına görə, Həmid Rəsayi deyib ki, bu hadisədə ölkənin futbol federasiyasının rəsmiləri məsuliyyət daşıyır: 

"Bu, İran İslam Respublikasının bayrağına hörmətsizlikdir. Şərab və digər alkoqollu içkilərin şüşələrindən başqa İran bayrağını həm də yarıçılpaq qadınların şalvarlarına da həkk ediblər. Sözsüz ki, bu, FİFA-nın qərarı və proqramına əsasən olub. Lakin İran Futbol Federasiyasının rəhbərləri öz vəzifələrini əvvəlcədən düzgün yerinə yetirsəydilər, ölkə bayrağına olan bu kimi hörmətsizliklərin qarşısını almaq mümkün olardı".



 
Sizin Reklam Yeriniz