Əlaqə Arxiv
news Image
2014.06.14
18:00
| A A A
Başı kəsilən qadının əri yoxa çıxıb
Ötən gün saat 15:00 radələrind Gədəbəy rayonunda baş verən dəhşətli hadisənin bəzi məqamlarına aydınlıq gətirilib. Movqe.az xəbər verir ki , Rayon Prokurorluğunun müstəntiqi Emil Abbasovun verdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanı qətlə yetirən şəxsin axtarışları davam edir. Müstəntiqin sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1981-ci il təvəllüdlü Elçin Qasımovdur.

Qeyd edək ki, Fəxriyyə Aslanova ilə Elçin Qasımov bir il əvvəl boşanıblarmış. Onların nikahından bir qızları var. Ailə dağılandan sonra Fəxriyyə Aslanova ilə Elçin Qasımov arasında problemlər olub. Onlar arasında narazılıqlar həmişə dava-dalaşla nəticələnirmiş.

Fəxriyyə Aslanova öldürüldüyün qadın gözəllik salonunda işləyirmiş. Hadisə baş verən saatlarda gözəllik salonunda adam olmayıb.

Keçmiş arvadının boğazını kəsən Elçin Qasımov sonradan hadisə yerindən qaçıb. Hələlik onun yeri müəyyən edilməyib. Dəhşətli cinayəti törədən şəxsin tapılması üçün xüsusi axtarış qrupu yaradılıb. Elçin Qasımovun ailə üzvləri də onun harada gizlənməsi barədə məlumatsızdırlar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Sizin Reklam Yeriniz