Əlaqə Arxiv
news Image
2014.06.15
16:10
| A A A
Braziliya hələ də dünya çempionatına etiraz edir
Braziliyada keçirilən futbol üzrə dünya çempionatı fonunda hökumətə qarşı etirazlar səngimək bilmir. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu dəfə etirazçı fəallar Belo Horizonte şəhərində bir araya gələrək hökumətə qarşı şüarlar səsləndiriblər. Aksiya əvvəlcə dinc başlasa da, daha sonra zorakılıqlarla yadda qalıb. Polisə müqavimət göstərən azı 18 nəfər həbs olunub. Həmçinin, əlində Molotov kokteyli gəzdirənlər təqib olunaraq saxlanılıb.

İctimai xidmət sahələrinə daha çox diqqət və qayğı göstərmək gərəkdiyi halda, çempionata 8 milyard avrodan çox maliyyə vəsaitinin ayrılmasına etirazın qəzəbinə səbəb olan amillərdən biridir. Aksiya zamanı fəallar rəhbərliyin istefasını tələb edib.
Sizin Reklam Yeriniz