Əlaqə Arxiv
news Image
2014.06.21
16:16
| A A A
Ərdoğanın favorit komandası
Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan Braziliyada keçirilən futbol üzrə builki dünya çempionatında azarkeşi olduğu komandanın adını açıqlayıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyə baş naziri iyunun 20-də "Yelisey" sarayında Fransa prezidenti Fransua Ollandla görüşdən əvvəl "Paris Match" jurnalına verdiyi açıqlamada DÇ ilə bağlı fikirlərini çatdırıb.

Ərdoğan ölkəsinin mundialda oynamadığına görə təəssüf hissi keçirdiyini və seçmə mərhələdə Hollandiya ilə eyni qrupda olduqları üçün Hollandiyanın uğur qazanacağına inandığını bildirib.

R.T.Ərdoğan həmçinin, Fransa yığmasında Riberi və Samir Nəsrinin olmadığına görə təəssüfləndiyini də qeyd edib.
Sizin Reklam Yeriniz