Əlaqə Arxiv
news Image
2014.06.29
20:37
| A A A
Orucluğun ikinci günü üçün hava proqnozu
Həftənin ilk iş günü Azərbaycanda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyunun 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Temperatur gecə 19-23 dərəcə, gündüz 24-28 dərəcə isti, Bakıda gecə 20-23 dərəcə, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-24 dərəcə isti, Türkan, Hövsan, Şıx və Sahildə 23-25 dərəcə isti təşkil edəcəkdir.

Azərbaycanın rayonlarında iyunun 30-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturunun gecə 19-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Sizin Reklam Yeriniz