Əlaqə Arxiv
news Image
2014.07.02
18:20
| A A A
ADNA-da "Məzun günü" qeyd olundu
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) böyük sevinc həyəcanı yaşanıb. Movqe.az xəbər verir ki, Neft Akademiyası 2014-cü tədris ilinin məzunları ilə vidalaşıb. ADNA rektoru, akademik Siyavuş Qarayev çıxış edərək bütün müəllim və tələbə heyətini təbrik edib. Təbrikə fəxri qonaqlarımız Energetika naziri Natiq Əliyev, Milli Məclisin Sosial - siyasət komissiyasının sədri Hadi Rəcəbli qoşularaq gənclərə uğurlar diləyiblər. Tələbələr, valideynlər çıxış etdi, xoş arzular səsləndirdiriblər. Bu gün Neft Akademiyası böyük bir coşqu yaşayıb. Bu il təhsil ocağımızı 1687 nəfər başa vurub. Onlardan 114 nəfər əcnəbi bakalavr səviyyəsində və 182 nəfər, o cümlədən 28 nəfər əcnəbi magistr səviyyəsində təhsilini bitirib.Yüksək intellekti, şəxsi intizamı və məsuliyyəti ilə seçilən 153 bakalavr və 88 magistr məzunumuz fərqlənmə diplomuna layiq görülüb. Bakalavrlardan 43 nəfəri Qaz-neft mədən fakültəsinin, 41 nəfəri İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin, 19 nəfəri İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinin,15 nəfəri Geoloji-kəşfiyyat fakültəsinin, 15 nəfəri Neft-mexanika fakültəsinin, 10 nəfəri Kimya-texnologiya fakültəsinin və 10 nəfəri Energetika fakültəsinin məzunlarıdır.


Sizin Reklam Yeriniz