Əlaqə Arxiv
news Image
2014.07.03
11:50
| A A A
Bakı-Qazax yolunda dəhşətli qəza- 1 ölü, 10 yaralı
Bakı-Qazax yolunda 1 nəfərin ölümü, 10 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. Movqe.az apa-ya istinadən bildirir ki, hadisə iyulun 3-də saat 04 radələrində Bakı-Qazax yolunun 261-ci kilometrliyində - Ağdaş rayon ərazisində qeydə alınıb. Ucar rayon sakini, 62 yaşlı Hacıyev Fərman Yusif oğlunun idarə etdiyi 41-BB-557 dövlət nömrə nişanlı, "VAZ -21011" markalı minik maşını ilə əks istiqamətdə hərəkətdə olan, Gürcüstan vətəndaşı, 29 yaşlı Nəzərov Adil Rafiq oğlunun idarə etdiyi "Ford" markalı, "JJC-229" dövlət nömrə nişanlı mikroavtobus toqquşub. Nəticədə "VAZ-21011"in sürücüsü hadisə yerində dünyasını dəyişib. 
"Ford"un sürücüsü və 9 sərnişini isə müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlardan 7-si - Bakı sakinləri, 30 yaşlı Hacıyev Samir Akif oğlu, 33 yaşlı Hüseynova Sərminə Ramiz qızı, Sumqayıt sakinləri - 67 yaşlıOsmanov Ədalət Musa oğlu, 29 yaşlı Mirzəyev Tarif Mahmud oğlu, 42 yaşlı Qəzənzadə Yeganə Faxrəd qızı və 49 yaşlı Namazova Turac Qara qızı və sürücü A. Nəzərov Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər. Daha 3 nəfər - Sumqayıt sakinləri 63 yaşlı Osmanova Gülpəri Əsəd qızı, 25 yaşlı Əliyeva Əzizə Xanəhməd qızı və  Gürcüstan vətəndaşı 62 yaşlı Əliyev Əsgər Əkbər oğlu Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
 
Sizin Reklam Yeriniz