Leyla Əliyeva çadırda iftar süfrəsi açdı - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın adından Moskvada dindarlar üçün iftar süfrəsi açılıb.
Movqe.az xəbər verir ki,
artıq beşinci dəfədir ki, Leyla Əliyevanın rəhbərliyi ilə Heydər
Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Rusiya
Müftilər Şurası tərəfindən Moskva hökumətinin dəstəyi ilə təşkil
edilən nadir "Ramazan çadırı" xeyriyyəçilik və mədəni-maarif
layihəsində fəal iştirak edir. Gecəyə Azərbaycan diasporunun
nümayəndələri, müxtəlif millətlərdən olan və oruc tutan insanlar
toplaşıb.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşı Ayan Həsənova AzərTAc-a bildirib ki, ənənəyə görə, müqəddəs Ramazan ayında bir gün Leyla Əliyevanın adından dindarlar üçün iftar süfrəsi açılır: "Bu gün dindarlar Azərbaycan mətbəxinin təamlarını dadmış, milli musiqiyə qulaq asmışlar. "Baku" qrupunun ifasında canlı musiqi səslənmişdir. İftara gələnlər çadırın qarşısında açılmış "Azərbaycan" sərgisi ilə də tanış olmuşlar".