Əlaqə Arxiv
news Image
2014.07.04
11:59
| A A A
Metroda eşidilən səs qatarın hərəkətini dayandırdı-Özəl
Bu gün "Bakı Metropoliteni" QSC-də qatarın hərəkətində fasilə yaranıb. Movqe.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, saat 10:25 radələrində metronun Koroğlu stansiyasında qatarın hərəkəti dayandırılıb. 9 dəqiqəlik fasilədən sonra hərəkət yenidən bərpa edilib. Növbəti qatarın gəlişi arasında intervalın 7 dəqiqə çəkməsi metronun Koroğlu stansiyasında sıxlıq yaranıb. 7 dəqiqədən sonra növbəti qatar gəlsə də,"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Movqe.az-a açıqlamasında bildirib ki, yaranmış fasiləyə səbəb qatarda kənar səsin eşidilməsi olub: "Qırmızı xətt üzrə hərəkət edən qatar Həzi Aslanovdan yenicə hərəkət edəndə kənar səs eşidilib. Təhlükəsizlik baxımından  qatarın hərəkəti Əhmədli stansiyasında dayandırlıb və sərnişinlər vaqondan boşaldılıb.Ümumilikdə qatarın hərəkət qrafikində 9 dəqiqə gecikmə olub. Qatar baxış üçün depoya göndərilib". 
Sizin Reklam Yeriniz