Əlaqə Arxiv
news Image
2014.07.06
13:20
| A A A
"Artur" 200 min insanı işıqsız qoydu
"Artur" qasırğasının nəticələri Kanadada 200 mindən çox insanı elektrik təchizatından məhrum edib. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , işıqsızlıq ölkənin Atlantik sahili boyu Yeni Şotlandiya, Nyu-Brunsvik vilayətləri və Şahzadə Edvard adasında yaşanıb.

Ən çox işıq kəsintisi 110 min insanın əhatə etdiyi Yeni Şotlandiya vilayətinə düşüb. Elektrik cərəyanının 48-72 saat ərzində bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, Şimali Amerikanı lərzəyə salan "Artur" qasırğasının küləyinin saatda 102 ilə 123 kilometr sürətlə dəyişdiyi bildirilir. Təbii fəlakət yaşanan bölgələrdə yüzlərlə ağac qopub, elektrik və reklam dirəkləri dağılıb. Qasırğanın yatmasına baxmayaraq, bölgədə sel təhlükəsi hələdə mövcuddur.
Sizin Reklam Yeriniz