Əlaqə Arxiv
news Image
2014.07.08
12:01
| A A A
Azərbaycanda bibioğlu dayıoğlunu zorladı
Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Bilal Nəbiyev publika.az-a bildirib ki, 24 yaşlı Elvin Babayev dayısı oğlu 22 yaşlı Asif Əsgərovu elə evlərinin qarşısında zorlayıb. Hadisəni törədən Elvin Babayev əməlinə görə Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutularaq aidiyyəti üzrə əraziyə - Abşeron Rayon Polis Şöbəsinə təhvil verilib.
O, istintaqa ifadəsində bildirib ki, Asif Əsgərovla birlikdə kafedə yeyib-içdikdən sonra oradan uzaqlaşıblar. Yolda özlərinə pivə alan qohumlar bir-biri ilə zarafatlarından da qalmayıblar. Lakin zarafatın sonu acı faciə ilə bitib. "Bir az içkili idik. Bir-birimizlə zarafat edirdik, sonra zarafat mübahisəyə çevrildi və biz dalaşdıq. Çünki o, məni nalayiq sözlərlə təhqir elədi. Mən də əlimdə içdiyim pivə butulkasını daşa vurub sındırdım. Sonra da Elvini yerə yıxıb butulkanın başı ilə onu zorladım".
Əməlindən peşman olmayan Elvin Babayev "baxmaram qohumdur, yenə söysə, yenə də eyni üsulu edərəm" deyib özünə haqq qazandırdı.
Qeyd edək ki, zərərçəkən dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta ağırdır. Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində cinayət işi başlanıb. 
Sizin Reklam Yeriniz