Əlaqə Arxiv
news Image
2014.07.10
10:30
| A A A
Avtobuslarda bu biabırçılığı da gördük- Foto
Bakının nəqliyyat sisteminin bərbad vəziyyətdə olmasını göstərən növbəti faktı təqdim edirik.
Paytaxt üzrə 142 saylı marşurut xətti ilə işləyən avtobusda sürücülər sərnişinləri insan deyil, yük kimi daşıyırlar. İritutumlu avtobusda çəmi 4 oturacaq var, yerdə qalanları çıxarılıb. Movqe.az-ın xəbərinə görə, oxucular Milli.Az-a yazıb ki, sürücülər oturacaqları çıxarmaqla sərnişinləri təhqir edirlər:
"Bizi kartof kimi daşıyırlar. Bir tormozla sərnişinlər bir-birinin belinə minir. Avtobuslar arasındakı interval isə 50 dəqiqədir. Sürücülər isə avtobusu kofe içərək, siqaret çəkə-çəkə idarə edirlər. Bununla 2015-ə gedirik".
Həmin marşrutun sahibkarı olan "İsmayıloğlular" şirkətinin rəhbəri Qurban İsmayılov Milli.Az-a belə bir halın olmasını mümkünsüz saydı: "Belə bir hal ola bilməz. Kim onlara icazə verir ki, avtobusdan oturacaq çıxarsınlar? Əgər belə bir hal olsa belə, araşdırılıb tədbir görüləcək".
Sizin Reklam Yeriniz