Əlaqə Arxiv
news Image
2014.07.12
19:00
| A A A
Bakıda qadını evində öldürdülər
Ötən gün Bakının Nəsimi rayonunda mənzillərin birində qadın meyidi tapılıb.

Movqe.az -ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məlumat daxil olan kimi dərhal hadisə yerinə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı qadının bıçaqla öldürüldüyü məlum olub. Qətlə yetirlən şəxsin mənzil sahibəsi Natəvan Əliyeva olduğu bilinib.

Dərhal cinayətlə bağlı araşdırmalara başlanılıb.

Hazırda polis qadının kimi tərəfindən qətlə yetirildiyini araşdırır.
Sizin Reklam Yeriniz