Əlaqə Arxiv
news Image
2014.07.12
22:01
| A A A
İlk arvadını öldürdü, beşincisini baltaladı
Türkiyədə dəhşətli cinayət hadisəsi yaşanıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Kocaelinin Kartəpə rayonunun Akmeşə Məcidiyyə kəndində 64 yaşlı Abdulhadi Hakan adlı şəxs üç uşağının anası olan beşinci həyat yoldaşı Aişə Hakanı öldürməyə cəhd edib. Ər özündən 37 yaş kiçik olan arvadını baltalayaraq qaçıb.

Hadisə barədə hüquq-mühafizə orqanlarına zərərçəkənin övladları xəbər verib.

Hadisə yerinə gələn polis və təcili yardım işçiləri qadının bədənində çox sayda qırıq və kəsiklərin olduğunu müəyyən ediblər. Qadın dərhal xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, axtarışları davam edən Abdulhadi Hakan bundan əvvəl isə ilk həyat yoldaşını öldürdüyü üçün 16 il həbsdə olub.
Sizin Reklam Yeriniz