Əlaqə Arxiv
news Image
2014.07.13
15:00
| A A A
Yunanıstan özünə gəldi
Yunanıstanın turizm sahəsindən gəlirləri 17 faiz artıb. Bu rəqəm artıq Yunanıstan iqtisadiyyatının bərpa olmasından xəbər verir.

Yunanıstan Mərkəzi Bankının verdiyi məlumata əsasən, bu ölkənin 2014-cü ilin birinci rübündə turizm sahəsindən əldə olunan gəlirləri 2013-cü illə müqayisədə 17, 3 faiz və ya 471,4 milyon avro artıb, turistlərin sayı isə 15,4 faiz, başqa sözlə, 1,3 milyon nəfər çox olub.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, ölkənin 2013-cü ildə turizm sahəsindən əldə olunan gəlirlər 15 faiz artaraq 12 milyard avroya çatıb. Bu il Yunanıstanı 20 milyon turistin ziyarət etməsi gözlənilir.

Qeyd edək ki, bu rəqəm artıq Yunanıstan iqtisadiyyatının bərpa olmasından xəbər verir.
Sizin Reklam Yeriniz