Əlaqə Arxiv
news Image
2014.07.14
17:24
| A A A
11 zirehli texnika aldıq (FOTO)
Ukraynanın İxracata nəzarət Dövlət Xidməti 2013-cü ildə xarici ölkələrə satılan silahların və hərbi texnikanın siyahısını açıqlayıb. 

ANS PRESS-in məlumatına görə, bu siyahı BMT-yə təqdim olunacaq. 

Siyahıya görə, 2013-cü ildə Ukrayna Sudan və Efiopiyaya 20 və 29 T-72 döyüş tankları, Tailanda 42 ədəd BTR-3Е1/М2/RK/BP, İraqa 34 ədəd BRT-4/K zirehli texnikasını satıb.

Bundan başqa siyahıda Ukraynanın Azərbaycana 11 BTC-5B, Polşaya 1, Nigeriyaya isə 4 ədəd BTR-3E zirehli texnika satdığı qeyd edilib. 

Niger və Çad ölkələrinə isə Ukrayna 2 və 4 ədəd Su-25 bombardmançı təyyarələrini göndərib, Rusiyaya isə bir ədəd Mi-8T hərbi vertolyotu satıb.
Sizin Reklam Yeriniz