Əlaqə Arxiv
news Image
2014.07.15
12:52
| A A A
Həbsxanada evləndilər-FOTOLAR
Penitensiar xidmətin 3 saylı Istintaq təcridaxanasında saxlanılan məhkum İsmayılov Vüqar Qədir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nigah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə dövlət qulluqçularının fəaliyyətində vətəndaş məmnunluğunu təmin edən və son bir il ərzində ölkə vətəndaşlarının rəğbətini qazanmış "ASAN" xidmətin fəaliyyətindən azadlıqdan məhrum edilmiş şəxslərin də yararlanmasına şərait yaradılması məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi" nin bir gə hazırladıqları tədbirlər davam etdirilir. Penitensiar müəssisələrdə saxlanılan şəxslər şəxsiyyət vəsiqələrinin verilməsindən əlavə "ASAN" xidmət tərəfindən göstərilən nigahın qeydə alınması xidmətindən də istifadə etməyə başlayıblar. Penitensiar xidmətin 3 saylı Istintaq təcridaxanasında saxlanılan məhkum İsmayılov Vüqar Qədir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nigah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.  Təcridxananın inzibati binasında 4 saylı Bakı "AsanXidmət" mərkəzinin qeydiyyat şöbəsinin müdiri Rəşidə xanım Məmmədova tərəfindən İsmayılov Vüqar Qədir oğlunun vətəndaş İbrahimova Firəngiz Arazi qızı ilə nigahı qeydə alınıb. Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və "ASAN" xidmətin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.























Sizin Reklam Yeriniz