Əlaqə Arxiv
news Image
2014.07.15
18:28
| A A A
İraq ordusu İŞİD-ə ağır zərbələr endirib
İraq ordusunun hücumu nəticəsində Tikrit şəhəri İŞİD-dən geri alınıb

İraq ordusu İraq və Şam İslam Dövlətinə ağır zərbələr endirib.


Anspress-in məlumatına görə, bu gün İraq ordusunun hücumu nəticəsində Tikrit şəhəri İŞİD-dən geri alınıb. 


Aparılan hərbi əməliyyatlar nəticəsində şəhərin mərkəzindəki xəstəxana, polis akademiyasının binası, mədəniyyət mərkəzi geri alınıb. İraqın hərbi hava qüvvələri terrorçuların mövqelərini bombalamaqda davam edir.


Hazırda şəhər ətrafında döyüşlər gedir. İraq İslam Şam Dövləti qruplaşmasının 100-dən çox döyüşçüsü məhv edilib.

Sizin Reklam Yeriniz