Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun Təzə Alvadı kəndindəki səyyar görüş - qəbulu səhər erkən başladı. Rayonun idarə və müəsissə rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, fermer və icarədarlar, jurnalistlər asvalt zavodunun qarşısına toplaşmışdılar. Görüşdə Azərbaycan Respubilkası Prezident Administirasiyasının məsul işçisi Vəfadar Bağırov da iştirak edirdi.
Tədbir iştirakşıları rayon rəhbərinin təklifinə əsasən yaxınlıqdakı çiyələk plantasiyasına gəldilər. Sahənin sol və sağındakı sahəyə kartof yığımından sonra yay şumu vurulmuşdu. Kefiyyətli şum uzaqdan bilinirdi. Əslində belə olmalıdır: Yay şumu növbəti əkinə belə hazırlanmalıdır. Ziyanvericilər məhv olur, yay Günəşi torpağa dəyir. Şumun ortasındakı dörd hektarlık çiyələklik Hadı İsmayılova məxsusdur. Mən onu cavanlıqdan tanıyıram. Sovetlər birliyində kəndin rəhbər orqanlarında işləmişdi, ali kənd təsərrüfatı ixtisası almışdır. Lap yaxın vaxtlarda ölkə başcısının sərəncamına əsəsan "Tərəqqi" medalına layiq bilinib. İndi də təsərrüfatın çətin sahəsi ilə məşğul olur. Mütərəqqi metodlardan istifadə edir. Əl içi kimi görünən çiyələk plantasiyasına çiləyicilər quraşdırılıb... O, toplaşanlara məlumat verərək dedi ki, bu sahə ilə məşğul olmaq rayonumuz üçün cavan təsərrüfat sahəsi sayılır. Məhsu iyun ayından oktyabr ayına kimi yığılır. Bu yerdən ümumi məhsulumuz 15-20 ton olur. Bütün aqrotexniki tədbirlər və yığım 20 nəfər əməkçinin səyi ilə yerinə yetirilir.
Geniş tərkibdə keçirilən səyyari görüşdə dialoq oldu. V. Bağırov vurğuladı ki, mən burada ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığına əsasən iştirak edirəm. Onun son vaxtlar kənd təsərrüfatı sahəsində verdiyi tapşırıqlara birbaşa yerində baxırıq, problemləri öyrənirik.
-Probleminiz nədir?- deyə V.Bağırov soruşur.Cavabında H.İsmayılov:
-Məhsulu saxlamaq üçün soyducu kameralarının olması bu sahə üçün vacibdir. Biz də isə bu yoxdur. Bu elə məhsuldur ki, yığıldı, həmin günü də alıcıya çatdırılmalıdır. Qalsa kefiyyətini itirir...
Vəfadar müəllim bu təklifin müəyyən inistansiyalara qədər çatdıracağını bildirdi. Yenidən asvalt zavodun ətrafında, palıd meşəliyin içərisində qurulmuş yerdə tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOV toplantı iştirakçılarını çıxış etməyə və təkliflər verməyə səslədi. O, dedi ki, geniş auditoriyada respubilkada kənd təsərrüfatı məsələləri ilə məşğul olan administirasiya işçisi, RİH-nin şöbələri, yerli orqanlarla idarə şöbəsinin işçiləri də iştirak edir. İyulun 17- də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş şura iclasında müzakirə edəcəyik. Masallı ən böyük kənd təsərrüfatı rayonu olub. İndi də potansialı var. 25 min hektar torpaq sahəsi var. Torpaq paylananda səhflərə yol verilib. Bu da acı bəhrələrini verməkdədir. Doğma torpağa yaxşı münasibət bəslənilmir. Problemli məsələlər yaranıb və uzun illərdir davam edir. Aqrar- istehsalat sahəsində çətinlik var. 20-22 min hektar sahədə əkin əkilməlidir. Torpaqların 50 faizi yararsız qalır. Növbəli əkin sistemi yoxdur. Buna görə də heç bir uğurdan danışmaq olmaz. Torpaq illərlə əkilmir. Amma bu belə olmayacaq, torpaqın səmərəsi olmalıdır.Bu işə yaxın vaxtlardan başlayacağıq, tədbirlərimizi həyata keçirəcəyik.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOV daha sonra dedi:
-Maldarlıq, xüsusən camışçılıq və çay plantasiyasının salınmasından söhbət düşdü. Bu sahədə görüləcək işlərdən konkret danışıldı.Çayçılıq məhv edilib. Torpaqlar sıradan çıxıb. Çay sahələri dövrüyəyə buraxılmalıdır. Bu sahədə ilkin addımlar atılır. 1200-1400 hektar sahədə çay plantasiyası salınmasına çalışacağıq.
Hacı Etibar, Vəli Muxtarov, Əzizağa Lətifov, Aslan Cəfərov, Hüseynağa Məmmədov və başqaları da çıxış edərək Masallıda gedən uğurlu tikinti və abadlıq işlərindən söz açdılar, bu sahədə Rafil müəllimin deyilən sözlərinin, verilən vədlərinin boşa getməməsindən, əksinə yerinə yetirildiyindən, ərazilərindəki problemlərin həllində onlara köməlik göstərilməsini xahiş etdilər. Rayon rəhbəri göstəriş verdi ki, yeni tikiləcək məktəblərin siyahısına 6-cı Mollaoba kəndinin də adı salınsın.
Sonra söz Azərbaycan Respubilkası Prezident Administirasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Vəfadar Bağırova verildi. O, Masallı rayon fəalları qarşısında duran mövcud məqsəd və vəzifələrə aydınlıq gətirdi.