Kəlbəcərdə girov düşənlərin Müdafiə Komitəsi toplanır
İyulun 17-də saat 11:00-da Kəlbəcər rayonu ərazisində Ermənistan
tərəfindən girov götürülən Azərbaycan vətəndaşlarının - Dilqəm
Əhmədovun, Şahbaz Quliyevin və Həsən Həsənovun hüquqlarının
Müdafiəsi Komitəsinin toplantısı keçiriləcək. Bu barədə Movqe.az-a
Komitənin rəhbəri Elxan Salahov məlumat verib. Toplantıda girov
götürülmüş soydaşlarımızın yaxınları, millət vəkilləri və
ictimaiyyətin nümayəndələri iştirak edəcək. Komitə eyni zamanda
Azərbaycan xalqına müraciət də ünvanlayıb: "Əziz həmvətənlər! Öz
torpağını, ata-babasının qəbrini, evini ziyarətə gedən
həmyerlilərimizin öz ata-baba yurdunda ermənilər tərəfindən girov
götürülməsinə biganə qalmamalıyıq, bütün beynəlxalq hüquq
normalarını tapdalayan Ermənistan hökumətinin bu təxribatçı
hərəkətlərinə qarşı etiraz səsimizi dünyaya çatdırmalıyıq. Yubanmaq
olmaz, bizim itirdiyimiz hər dəqiqə, hər saat, hər gün Ermənistanda
girov saxlanılan soydaşlarımızın həyatı üçün təhlükəni artırır.
Odur ki, hər birinizi Müdafiə Komitəsinin işindən fəal iştirak
etməyə çağırıram!" Toplantının keçiriləcəyi ünvan: Bakı. Mətbuat
prospekti, 529-cu məhəllə, bina- 23. VI mərtəbə