Polis rəisi xəstəxanaya yerləşdirildi
Bakıda polis polkovniki xəstəxanaya yerləşdirilib.
Movqe.az-ın məlumatına görə, bu barədə
kütləvi informasiya vasitələrində bildirilib. Verilən məlumata
görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə
əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Daxili İşlər Nazirliyinin
Arif Heydərov adına Mərkəzi Hospitalında müalicə
alır.Məsələyə aydınlıq gətirmək üçün Vaqif
Əsədovla əlaqə saxladıq. Polis rəisinin verdiyi məlumata görə,
həqiqətən də bir neçə gündür ki, hospitalda müəlicə
alır."Ürəyimdə müəyyən ağrılar vardı. Bir
neçə gündür müalicə alıram. Əvvəlki günlərə nisbətən indi bir xeyli
yaxşıyam. Bir neçə gündən sonra işə çıxacağam", - deyə Vaqif Əsədov
bildirib.