Əlaqə Arxiv
news Image
2014.07.19
16:00
| A A A
Yazıçılar Birliyinin katibi vəfat etdi
Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu səhər saatlarında müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Movqe.az xəbər verir ki ,  Xəstəxananın qəbul şöbəsinin müdiri Afiq Rəhimov verdiyi məlumata görə, dünən gecədən başlayaraq Arif Əmrahoğlunun vəziyyəti kəskin pisləşib.

"Gecədən başlayaraq onun vəziyyəti olduqca ağırlaşmışdı. Mədə xərçəngindən başqa, beynində insult keçirmişdi. Yaxınlarını, qohum əqrabanı çağırmışdıq. İstədik başqa klinikaya köçürək. Amma razılaşmadılar. Bu gün səhər saat 08:05-də dünyasını dəyişdi", -deyə Afiq Rəhimov bildirib.

Qeyd edək ki, Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, "Nəsrin poetikası", "Sözə inam sabahımızdır", "Epik sözün bədii gücü" və s. kitabların müəllifidir.

Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik "Seçilmiş əsərləri"nin, Moskvada rus dilində nəşr olunan M.F. Axundovun "Seçilmiş əsərləri"nin tərtibçisidir. A. Əmrahoğlu uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Sizin Reklam Yeriniz