Əlaqə Arxiv
news Image
2014.07.19
18:11
| A A A
Prezidentə oğlundan nəvə arzulandı
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə prezident İlham Əliyevə oğul nəvəsi arzulayıb. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu arzusunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində deyib.

"Bu gecələr duaların qəbul edildiyi əhya gecələridir. Zati-aliləri, mən dua edirəm ki, Allah-Təala Sizə və Mehriban xanıma oğlunuzdan nəvə nəsib etsin, inşallah. Onunla bərabər olasınız, görüşəsiniz və bütün bu yorğunluqlar yaddan çıxsın.

Allah-Təaladan arzu edirəm ki, Sizin ailənizi xoşbəxt etsin. Bütün Azərbaycan xalqına xoşbəxtlik arzu edirəm. Allah-Təala xəstələrə şəfa versin, dualarımızı, ibadətlərimizi qəbul etsin, növbəti iftarı da bizə nəsib etsin, inşallah".
Sizin Reklam Yeriniz