Əlaqə Arxiv
news Image
2014.07.19
18:00
| A A A
İranın dondurulan milyardları qaytarıldı
Şənbə günü İran və "altılıq" ölkələri danışıqları daha 4 ay uzatmaq barədə razılığa gəliblər. Movqe.az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, beləliklə tərəflər danışılan 20 iyul tarixinə yekun nəticəyə gəlməsələr də- İranın zənginləşdirilimiş uran ehtiyyatlarının 20 faizə endirməsi əvəzində 2,8 milyard dollar dondurulmuş pullarının geri qaytarılmasında razılaşa biliblər.

Buna baxmayaraq ABŞ baş katibi Con Kerri İrana qarşı sanksiyaların hələ də davam edəcəyini bildirib.

"İran bu dörd ay ərzində də, keçən 6 ay ərzində aldığından çox götürməyəcək və neft satışının gəlirlərindən olan dondurulmuş pulların böyük hissəsi əlçatmaz olaraq qalacaq. Biz qüvvədə olan sanksiyaları qətiyyətlə davam edəcəyik"- deyə o Kerri bildirib. Onun fikrincə ən danışıqların ən mürəkkəb hissəsi uranın zənginləşdirilməsi məsələsində olub.

Qeyd edək ki, bundan əvvəl çərşənbə axşamı iyulun 15-də İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, Tehran uran zənginləşdirilməsini məhdudlaşdırmaq barədə müqaviləni bir neçə illiyinə uzatmağa razılıq verib və işlənmiş nüvə yanacağının silah səviyyəsində plutoniuma çevirən emal zavodun tikintisi planlarından da əl çəkməsini təklif edib.

Artıq razılaşmaya görə 24 noyabr 2014-cü ilədək davam edəcək danışıqlar gələn aydan yenidən vüsət alacaq.
Sizin Reklam Yeriniz