Əlaqə Arxiv
news Image
2014.07.19
23:00
| A A A
Türkiyə hərbi məktəbinə qəbul başlayır
2014/2015- cü tədris ili üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xətti ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin (TSK) Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilib.

Movqe.az xəbər verir ki , Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)  verilən məlumata görə, verir ki, müsabiqədə 2014-cü ildə mülki ali məktəblərin I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış aşağıdakı göstəricilərə malik olan abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər 16 - 20 yaş arasında təvəllüdə malik, Azərbaycan vətəndaşları (yalnız oğlanlar), yaşa uyğun olaraq qəbul edən dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı olan namizədlər üçün minimum boy/çəki standartları: müvafiq olaraq 16 yaş üçün - 163 sm və 48 kq, 17 yaş üçün 168 sm və 52 kq-dır; 18 və yuxarı yaşlı namizədlər üçün minimum boy/çəki standartları - 169 sm və 54 - 74 kq arası ) olmalıdır.

Müsabiqədə iştirak edəcək namizədlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunurlar.
Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş namizədlər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər.

Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 7 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcəkdir. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də xərclik ilə təmin olunur.

Təhsil müddəti 4 ildir. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq 1 illik təkmilləşmə kursuna cəlb olunacaqlar. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcək.

1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.


Sizin Reklam Yeriniz