Əlaqə Arxiv
news Image
2014.07.20
22:11
| A A A
Dünyada ən böyük xeyriyyə avtorallisi Bakıdan keçəcək
Dünyada ən böyük xeyriyyə avtorallisi ilk dəfə olaraq bu il Bakıdan da keçəcəkdir.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Rumıniyanın "Agepress" agentliyi rallinin iştirakçılarına istinadən məlumat verir.

Avtoralli iyulun 20-də Londonda start götürür. Tədbirin iştirakçıları şəhər avtomobillərində Londondan Monqolustanın paytaxtı Ulan-Batoradək məsafə qət edəcəklər. Bu marşrutda Bakı məcburi dayanacaq məntəqələri siyahısına daxil edilib. İştirakçıların iyulun 29-da Bakıya gələcəkləri gözlənilir.

Avtoyürüşdə iştirak etmək üçün komandalar xeyriyyə məqsədlərinə 1000 avro yönəltməli və marşrutu yalnız adi avtomobillərdə qət etməlidirlər.
Sizin Reklam Yeriniz