“Sədərək”də yanğın baş verib
Bu gün səhər saatlarında Sədərək Ticarət Mərkəzində yenidən yanğın baş verib.
Bu barədə "Qafqazinfo"ya hadisənin şahidləri məlumat verib. Xəbərə görə, mərkəzin işıqlarını qoşan kimi yanğın başlayıb. Hadisə ticarət mərkəzinin 3-cü sıra, 7-ci korpusunda baş verib.
Hadisə yerinə dərhal yanğınsöndürənlər çağırılıb və yanğının
genişlənməsinin qarşısı alınıb. Nəticədə 7-8 dükanın yandığı
bildirilir.