Qız məhbus nişanlısı üçün qanunu pozdu- Foto
Bakı İstintaq təcridxanasına nişanlısı üçün mobil
telefon keçirmək istəyən gənc qızın cəhdinin qarşısı alınıb.
Movqe.az Penitensiar xidmətin saytına istinadən xəbər
verir ki, Bakı İstintaq təcridxanasında saxlanılan məhbus Çingiz
Cəfərova nişanlısı Ülviyyə Qədirovanın gətirdiyi sovqata baxış
keçirilən zaman, "Arko" üz kreminin içərisinə kustar üsulla
yerləşdirilmiş işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan
"Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.