Binanın həyətindən qadın meyidi tapıldı
Bu gün səhər saatlarında Gəncədə sakinlər qadın
meyidi tapıblar. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən
məlumata görə, tapılan meyid yaşayış binasının altında
aşkarlanıb. Dərhal hadisə yerinə
hüquq-mühafizə orqanalrı cəlb olunub. Meyidin 60-65 yaşlarında
naməlum qadın olduğu müəyyən olub. Hələlik qadının kimliyi və ölüm
səbəbləri məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.