Əlaqə Arxiv
news Image
2014.07.22
18:45
| A A A
Kəlbəcərdə kefin acı nəticəsi
Ermənistanın Armavir (Oktomberyan) şəhərinin meri Ruben Xlqatyanın Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonu ərazisində minaya düşməsinin ilk təfərrüatları məlum olub.ANS PRESS-in məlumatına görə, aydın olub ki, partayış minalanmış sahədə yox, yol kənarında baş verib. Minanın yolun kənarına necə düşməsinin səbəbləri isə hələ bəlli deyil. Camaat arasında gəzən söhbətlərə görə, Ruben Xlqatyan Kəlbəcərə ova gedibmiş. Amma ermənilərin işğal zonasında tətbiq etdiyi rejimə görə, bu ərazilərdə ov etmək qadağandır. Görünür, bu qadağalar qara camaat üçündür. Erməni mətbuatının yazdığına görə, hakim klan tez-tez Azərbaycanın işğal edilmiş ərazilərində bu cür ov məclisləri düzəldir. 
Hadisənin baş verdiyi vaxt da xeyli şübhələr doğurur. Hadisə bu gün səhər saat 06:30-da Kəlbəcər rayonunun şimal hissəsində baş verib. Yəni tarixi adı Sərdarabad olan Oktomberyandan Kəlbəcərə gəlmək üçün erməni merə ən azı 3 saat vaxt lazım idi.
Sizin Reklam Yeriniz