Əlaqə Arxiv
news Image
2014.07.24
19:11
| A A A
Azərbaycana gətirilən kreslolardan tiryək çıxdı
"Scania" markalı sərnişin avtobusundakı yüklərə "HEIMANN" markalı rentgen aparatı ilə baxış keçirilib

Növbətçi İran vətəndaşlarının Azərbaycana gətirdiyi kreslolardan 45 qram tiryək çıxıb. Dövlət Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşları - Parvizi Hormoz Anoush oğlu və onun köməkçisi Gholamin Bahman Alijan oğlunun idarə etdikləri "Scania" markalı sərnişin avtobusundakı yüklərə "HEIMANN" markalı rentgen aparatı ilə baxış keçirilib.

Baxış zamanı 5 ədəd kreslonun içərisində - arxa hissədə korpusa bərkidilmiş vəziyyətdə, müxtəlif ölçülü plastik borularda xalis çəkisi 45 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Sizin Reklam Yeriniz