Əlaqə Arxiv
news Image
2014.07.26
18:00
| A A A
Azərbaycanda yeni gəmilər inşa edilir
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dəniz təhlü­kəsizliyi strateqiyası"na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrinin icrası, o cümlədən Xəzər dənizində dövlət sərhəd­ləri­nin mühafizəsi sahələrində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Movqe.az-ın Dövlət Sərhəd Xidmətinin saytına istinadən məlumatına görə, qurumun Sahil Mühafizəsinin Bakı şəhərinin Türkan qəsəbəsində yerləşən bazasında yeni inşa olunmuş "Gəmi inşası zavodu"nun xidməti istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Artıq həmin zavodun imkanları hesabına DSX Sahil Mühafizəsi üçün 2 ədəd itisürətli və yüksək üzmə qabiliyyətli 3-cü dərəcəli sərhəd gözətçi gəmilərinin inşası başa çatıb. Müasir naviqasiya və rabitə-radiotexnika avadanlıqları ilə tam təmin olunmuş, Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən sərhəd gözətçi gəmiləri müasir silahlarla təchiz edilib.

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohid­ro­gen­ ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin­ olunması istiqamətində xidməti vəzifələrin icrası zamanı yeni gəmi­lə­rin imkanlarından geniş istifadə olunacaqdır.

Hazırda 100 nəfərədək mütəxəssisin işlə təmin olunduğu "Gəmi inşası zavodu"nda yeni 2-ci dərəcəli sərhəd gözətçi gəmilərinin inşasına başlanılıb.Yaxın müddətdə zavodun imkanları hesabına DSX Sahil Müha­fi­zəsinin sərhəd gözətçi gəmilərinin tam yenilənməsinə və nəticə eti­ba­­rı ilə sərhəd sularında dövləti maraqların qorunması imkanlarının əhəmiy­­yətli dərəcədə genişləndirilməsinə nail olunacaqdır.
Sizin Reklam Yeriniz