Əlaqə Arxiv
news Image
2014.07.26
18:05
| A A A
“Koroğlu” stansiyasının yaxınlığındakı qətlin təfərrüatları
Paytaxtın Nizami rayonunda, Qara Qarayev prospekti, 2 a ünvanında metronun "Koroğlu" stansiyası yaxınlığında naməlum kişi meyiti tapılıb.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, hadisə yerinə gələn Nizami Rayon Polis İdarəsi və 25-ci bölməsinin əməkdaşları cəlb olunub.

Bundan əlavə kriminalistik ekspertiza da əraziyə çağrılıb. Meyitə baxış zamanı müəyyən olunub ki, o, heç də öz əcəli deyil, başından aldığı küt alətin zərbəsi nəticəsində dünyasını dəyişib.

Təxminən 35-40 yaşında olan bu şəxsin meyiti müayinə olunması üçün məhkəmə tibbi-ekspertizasına göndərilib. Onun başqa millətə mənsub olduğu ehtimal edilir. Üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmadığından meyitin kimliyi araşdırılır.

Elə bununla bağlı Nizami Rayon Prokurorluğunda cinayət iş də başlanılıb.
Sizin Reklam Yeriniz