Əlaqə Arxiv
news Image
2014.07.26
20:05
| A A A
5 fəhlə 10 metr hündürlükdən düşdü
Ağstafa rayon Poylu qəsəbəsində Kür çayı üzərindən keçən dəmiryol körpüsündə bədbəxt hadisə baş verib.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, 5 fəhlə 10 metr hündürlükdən düşərək ağır xəsarət alıb.

Fəhlələr körpü üzərində qaynaq işləri apararkən dəmir pilləkən anidən qırılıb.

Nəticədə 5 fəhlə 10 metr hündürlükdən yerə düşüb.

Hadisə nəticəsində xəsarət alan Mansurov Yaşar Musa oğlu, Rüstəmov Talıb Rəcəb oğlu və Əmiraslanov Elxan Ağstafa, Tağıyev Çingiz Ənvər oğlu və Hüseynov Elxan isə Qazax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, dəmiryolu körpüsündən xaricə yük və sərnişin daşınması üçün istifadə olunur.
Sizin Reklam Yeriniz