Əlaqə Arxiv
news Image
2014.07.26
21:00
| A A A
Niderlandlı hərbi polislər Xarkova gəlib
"Malayziya Hava Yolları"na məxsus "Boeing 777" sərnişin təyyarəsinin qəzaya uğradığı yeri təftiş etmək məqsədilə Niderlanddan 40 hərbi polis Ukraynanın Xarkov şəhərinə gəlib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ukrayna ərazisinə silahsız gələn niderlandlı hərbi polislər avstraliyalı polislərlə birlikdə qəza yerində növbət çəkəcəklər. Bu gün nəqliyyat təyyarələri tanınma proseduru üçün Niderlanda göndərilən sərnişin qalıqlarının sonuncu partiyasını Xarkovdan çıxara bilər.

İyulun 17-də Niderlandın paytaxtı Amsterdamdan Malayziyanın paytaxtı Kuala-Lumpura uçarkən Donetsk vilayəti yaxınlığında raketlə vurulduğu ehtimal edilən təyyarədəki 298 nəfərin hamısı həlak olmuşdu.

Ukrayna rəhbərliyi rusiyayönümlü qüvvələri qəzadan sonra dəlilləri məhv etmək cəhdində ittiham edir, separatçılar isə bu ittihamları rədd edirlər.
Sizin Reklam Yeriniz