Əlaqə Arxiv
news Image
2014.07.27
18:01
| A A A
Bütün Windows-lar birləşəcək
ABŞ-ın Microsoft korporasiyasının icraçı direktoru Satya Nadella gələcəkdə Windows əməliyyat sisteminin bütün əsas versiyalarının bir universal əməliyyat sistemində birləşdirilməsinin nəzərdə tutulmasını təsdiqləyib. Bu məlumatı korporasiya direktoru maliyyə nəticələrini açıqlayan zaman bəyan edib.

Movqe.az ANS PRESS -ə  istinadən bildirir ki, Microsoft əvvəllər əməliyyat sistemlərinin unifikasiya edilməsi istiqamətində müəyyən addımlar atsa da, bunlar əsasən Windows-un birləşdirilməsi ilə əlaqədar bəzi məqamlara aid olub. Bu dəfə isə S.Nadella hazırda mobil qurğular, kompüter və Xbox oyun konsolunda quraşdırılan bütün əməliyyat sistemlərinin bir-birindən fərqlənməsini tam aradan qaldırmağı planlaşdırır.

Söhbət bütün ekranlarla işləyə biləcək əməliyyat sistemindən gedir. Biz Windows-un növbəti versiyasında əvvəllər buraxılan bütün əməliyyat sistemlərinin imkanlarını bir araya gətirəcəyik, - S.Nadella vurğulayıb.
Bundan başqa, Microsoft korporasiyasında ümumi arxitektura üzərində çalışacaq vahid tərtibatçılar heyəti yaradılacaq. Bu, əməliyyat sisteminin genişlənməsinə imkan verəcək və universal Windows əlavələrin yaradılmasına gətirib çıxaracaq.

Növbəti Windows 9 əməliyyat sisteminin Microsoft-un məhsulunun hazırkı versiyasından daha universal olacağı gözlənilir.


Sizin Reklam Yeriniz