Əlaqə Arxiv
news Image
2014.07.27
20:09
| A A A
Yol qəzasında 2 nəfər öldü
Sumqayıt və Qaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu informasiyanı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Belə ki, Sumqayıtda şəhər sakinləri Toğrul Hüseynalıyevin və Zülal Hacıyevin idarə etdikləri "VAZ-21099" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə Z.Hacıyev hadisə yerində ölüb, onun maşınında olan sərnişinlər - Sumqayıt şəhər sakinləri Bayram Rzayev, İlham Nəcəfov və Səməd Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Qaxda isə rayon sakini Ramazan Mustafayevin idarə etdiyi "VAZ-21043" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. R.Mustafatev hadisə yerində ölüb.

Hər iki hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sizin Reklam Yeriniz