Əlaqə Arxiv
news Image
2014.07.28
14:03
| A A A
Babək prospektində 3 avtomaşın toqquşub
Gecə paytaxtın Nizami rayonu Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az ANS PRESS- ə istinadən xəbər verir ki , qəza zamanı üzü şəhər istiqamətində hərəkət edən İbrahim Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomaşın əvvəlcə qarşıda hərəkətdə olan eyni markalı nəqliyyat vasitəsinə çırpılıb. Bundan sonra isə avtomaşın qarşı yola keçib. Bu zaman əks istiqamətlə hərəkət edən Mehman İsmayılovun idarə etdiyi avtobusla toqquşub. Qəza zamanı avtobus qaraja getdiyindən içərisində sərnişin yox imiş.

Hadisə zamanı maşınlarda sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Qəzadan sonra hadisə yerində Bakı Şəhər Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Sürücülər isə izahatlarının alınması üçün idarəyə aparılıb.

Qəzanın səbəblərinə isə təyin ediləcək ekspertizaların rəyindən sonra aydınlıq gətiriləcək.
Sizin Reklam Yeriniz