Əlaqə Arxiv
news Image
2014.07.28
21:08
| A A A
İŞİD 6 polisi öldürdü
İŞİD silahlıları İraqda törətdiyi vəhşilikləri hər gün daha da artırır.

Movqe.az ANS PRESS-ə istinadən bildirir ki, İraq İslam Şam Dövlətinin (İŞİD) İraqın Əl-Ənbar rayonunda qaçırdığı 6 polis nəfərini öldürdüyü bildirilir.

2 gün əvvəl Ər-ramadi şəhərinin Əl-Bağdadiyə bölgəsində idarədən çıxarkən İŞİD silahlıları tərəfindən qaçırılan 6 polis nəfərinin öldüyü barədə təhülkəsizlik mənbələri xəbər yayıb.

Terror qruplaşması üzvləri qaçırdılqarı polisləri öldürdükdən sonra ərazidə yol kənarına aparıb atıblar. Aşkar edilən polislərin cəsədləri tibbi ekspertizaya göndərilib.

Məsələ ilə bağlı İraq hökuməti tərəfindən rəsmi açıqlama verilməyib.
Sizin Reklam Yeriniz