Əlaqə Arxiv
news Image
2014.07.29
20:00
| A A A
Ronaldinyo “Atletiko”dan qovuldu
Brazilyalı ulduz futbolçu Ronaldinyonun çıxış etdiyi klubla arasında qalmaqal yaşanıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, 2012-ci ilin iyununda "Flamenqo"dan "Atletiko Mineyro"ya keçən 34 yaşlı yarımmüdafiəçinin "Atletiko Mineyro" ilə əlaqələrinin kəsildiyi bildirilir.

Braziliya mətbuatı məşhur futbolçunun komanda yoldaşları ilə vidalaşaraq komandadan ayrıldığını yazıb. Onun dekabr ayına qədər müqaviləsi olan klubdan ayrılmasına səbəb kimi isə nizam-intizam qaydalarına riayət etməməsi göstərilir.

"Atletiko Mineyro"nun idman direktoru Eduardo Maluf ötən həftə verdiyi açıqlamada, Dekonun kömək matçında çıxış etmək üçün icazə istəyən Ronaldinyoya icazə verdiklərini, lakin futbolçunun bu matça getmək yerinə, istirahət etdiyini dilə gətirərək onun bu hərəkətini pisləmişdi.

Qeyd edək ki, Türkiyənin aparıcı klublarından olan "Beşiktaş" klubu Ronaldinyonu transfer etmək niyətindədir.
Sizin Reklam Yeriniz