Əlaqə Arxiv
news Image
2014.07.29
23:02
| A A A
Bayramda yol terroru
Azərbaycanda qeyri iş günlərində yollarda 15 nəfər yol qəzalarının qurbanı olub.Movqe.az xəbər verir ki ,  Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin  verdiyi məlumata görə, 3 qeyri-iş günündə Azərbaycanda 39 yol qəzası baş verib.

Qeyd edək ki, iyul ayının 26, 27 və 28-də ölkə ərazisində baş verən yol qəzalarında 15 nəfər ölüb, 52 nəfər yaralanıb.

Yol qəzalarından 6-sı paytaxtın payına düşür. Bakıda baş verən 6 qəzada 2 nəfər ölüb, 13 nəfər yaralanıb.

Hadisələr əsasən sürət həddinin aşılması, sürücü diqqətsizliyi və tələskənlik ucbatından baş verib. Baş verən yol qəzaları barədə ayrılıqda araşdırmalar aparılır.
Sizin Reklam Yeriniz