Beren Saatın toyundan ilk foto
Bir necə ildir davam edən daha bir sevgi hekayəsində xoşbəxt sona
çatdı. Movqe.az-ın ANPRESS-ə məlumatına görə, ötən gün ailə həyatı
quran məşhur türk aktrisası Beren Saat və pop ifaçı Kənan Doğulunun
ilk toy şəkli yayılıb. Məşhur cütlük mərasimlə bağlı detalları
mediaya açıqlamayıb. Toy qapalı keçirsə mərasimdən ilk fotolar
mətbuata sızıb. Qeyd edək ki, Kənan və Berenin toyu Amerikada olub.
Möhtəşəm mərasim Los Ancelesdə baş tutub. Cütlük ABŞ-da keçirilən
mərasimdə iştriak edə bilməyənlər üçün Türkiyədə də mərasim
keçirmək niyyətindədir. Cütlüyün münasibəti 2,5 ildir ki, davam
edir.