Əlaqə Arxiv
news Image
2014.07.30
19:30
| A A A
Çayxanada qan su yerinə axdı (FOTO)
Bərdədə yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Bakı küçəsində yerləşən çayxanalardan birində baş verib.Belə ki, Bərdə rayon sakini 14 yaşlı Atabəy Xanlarov üzərindəki bıçaqla 17 yaşlı Aqşin Sadıqova 2 bıçaq zərbəsi endirib. Kürək və sinə nahiyəsindən yaralanan Aqşin Sadıqov yaxınlarının köməkliyilə Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralıya tibbi yardım göstərilib.Xəstəxanadan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, yaralının vəziyyəti yaxşıdır.
Hadisəni törədən Atabəy Xanlarov azyaşlı olduğundan polis şöbəsində saxlanılmayıb və nəzarətə götürülüb.
Sizin Reklam Yeriniz