Əlaqə Arxiv
news Image
2014.07.31
15:51
| A A A
Taksi sürücüsündən kişi müştərisinə seks təklifi - Bakıda
Bakıda "London" taksisinin sürücüsü müştərisinə cinsi əlaqədə olmağı təklif edib. Bu barədə Vesti.az-a Binəqədi rayon Polis Bölməsindən məlumat verilib. Məlumatda deyilir ki, Sumqayıt sakini 24 yaşlı Rəhman Rəhmanov (ad şərtidir) 40-cı Polis Bölməsinə yazdığı ərizəsində gecə 2:00-da Bakı-Şamaxı magistralının Xocasən hissəsində "Murad" şadlıq evinin yaxınlığında  "London" taksisinə minib.  Yolda taksi sürücüsü maşını saxlayıb ona cinsi əlaqədə olmağı təklif edib. Lakin buna razı olmayan Rəhman hemoseksuala 125 manat pul ödəməli olub. 

Hadisədən sonra zərərçəkmiş taksinin nömrəsini yazmağa imkan tapıb və dərhal polisə müraciət edib. Taksi sürücüsünün şəxsiyyətini müəyyənləşdirən polis əməkdaşları onu tutublar. Lakin istintaqın maraqlarını nəzərə alınaraq onun adı açıqlanmır. O, 42 yaşlı Abşeron rayon sakinidir. Hazırda sürücü ilə bağlı məhkəmə hökmünün çıxarılması gözlənilir. 

 Binəqədi RPB-dən o da bildirilib ki, həmin taksi sürücüsü əvvəllər də müştərilərə qarşı bu tip hərəkətlər edib.

Sizin Reklam Yeriniz