Əlaqə Arxiv
news Image
2014.08.02
11:05
| A A A
Obama yenə də Həması ittiham etdi
İsrail ordusu Fələstinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı Həmas silahlılarına məxsus daha bir neçə tuneli aşkarlayıb.Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , əməliyyatlar zamanı İsrail əsgərləri Qırmızı Xaç cəmiyyətinin binasını vurublar.

Qəzzanın cənub hissəsinə doğru irəliləyən hərbi qüvvələr Həması zərərsizləşdirməklə yanaşı Böyük Britaniya əsilli girov götürülən İsrail əsgərini də axtarır. Məlumata görə, əsgər Həmas silahlıları ilə qarşıdurmalar zamanı itkin düşüb. Ötən gün baş verən qarşıdurmalar zamanı 62 fələstinli və 2 israilli öldürülmüşdü. Qarşıdurmalar BMT tərəfindən çağırılan 72 saatlıq atəşkəs rejiminin pozulmasından dərhal sonra baş vermişdi.

Birləşmiş Millətlər Təşkilatı atəşkəsin pozulmasına görə, Həması günahlandırıb və girov götürülən əsgərin dərhal sərbəst buraxılmasını tələb edib.

Həm İsrail rəhbərliyi, həm də Həmas atəşkəsin pozulmamasına görə, bir-birilərini günahlandırıblar.

Həmçinin, Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama da əsgərin dərhal sərbəst buraxılması istəyib. Obama qeyd edib ki, Həmas əgər, həqiqətən də, münaqişənin həll olunmasını istəyirsə, İsrail əsgərini qeyri-şərtsiz azad etməlidir.

"İsrailliləri mütəmadi olaraq narahat edirlər. İsrailin özünü müdafiə etmək hüququ var. Döyüşlər ağırdır. Məqsədə çatmaq çətin olacaq. İnsanlar arasında qəzəb və ümidsizlik var. Lakin biz hədəfə çatmaq üçün çalışmalıyıq" - deyə Obama vurğulayıb.

Artıq 25 gündür ki, İsrail Qəzzaya bomba yağdırır. Qarşıdurmalar zamanı indiyə qədər ölənlərin sayı 1500-ə çatıb. İsrail tərəfdən 63 əsgər, 3 mülki şəxs ölüb.

İsrailin Qəzzaya müdaxiləsinə qarşı çıxan fələstinlilər Qərb Sahili bölgəsində etiraz aksiyaları keçiriblər. Qüds, Hebron və Betlehem şəhərlərində baş tutan aksiyalara 10 minlərlə insan qatılıb. Aksiya zamanı fəallarla İsrailin təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar olub. Fəallar daş və yanıcı-kəsici maddələrlə polisə hücum ediblər. Polis rezin güllərlə aksiyanı dağıtmağa çalışıb. Qarşıdurmalar zamanı bir gənc sinəsindən aldığı güllə yarasından dünyasını dəyişib.
Sizin Reklam Yeriniz